Samuxda ağır yol nəqliyyat hadisəsi zamanı ölənlərin adlarıməlum olub.

Unikal.org report-a istinadən məlumatına görə,bunlar Samux rayon sakini, 32 yaşlıTural Ənnağı oğluMəmmədov, onun həmyerlisi və həmyaşıdı Ruslan Xaliq oğlu Nəsibovdur.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən ağır yaralanan Zaur Zirəddin oğluMəmmədovdur. Diqər yaralı, "QAZel" markal sərnişin mikroavtobusunsürücüsü Samux rayon Sərkər kənd sakini, 38 yaşlı Müslüm İsmayıl oğlu İsmayılovyaxınları tərəfindən Gəncədəki özəl xəstəxanaların birinə aparılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza nəticəsində başqa yaralananlarda olub.

Xatırladaq ki, hadisə dünən gecə Gəncə-Sərkar yolunda baş verib. "QAZel və "VAZ 21010 markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-da olan 2 nəfər ölüb, 2 nəfər isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.