Bərdə rayonunda yıxılan fəhlənin üstünə mişar daşı düşüb.
Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Mollalı kənd sakini 1988-ci il təvəllüdlü Əliyev Rafiq Aydın oğlu fəhlə işlədiyi evin birinci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılıb. Ayağına mişar daşı düşən R.Əliyev ağır xəsarət alıb.
Xəstəxanaya catdırılan yaralı Travmatalogiya şöbəsinə yerləşdirilib.