Gəncədə yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 27 m2 olan bir otaqlı mənzilin mətbəxində məişət avadanlığı və 2 m2 sahədə mətbəx mebeli yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.