"İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə saxlanılıb.
Unikal.org-un məlumatına görə, dələduzluq törətməkdə təqsirləndirilən Samirə Ələkbərovanın Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.
Qeyd edək ki, Səbail Rayon Polis İdarəsi tərəfindən 1977-ci il təvəllüdlü Ələkbərova Samirə Ramiq qızı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarış elan edilmişdi.