"Beşiktaşın oyunçusu Cenk Tosun karyerasını Türkiyədən kənarda davam etdirəcək. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu Tosunla bağlı "Evertonla  anlaşıb. 27 yaşlı hücumçunun transferi üçün 27 milyon avro ödəniləcək. 

Anlaşma rəsmiləşrəsə "ay-ulduzluların futbolçusu ən bahalı türk oyunçusu olacaq. O bu transferlə 12 milyon avroya "Atletikoya keçən Arda Turanı qabaqlayacaq. 

Yaxın saatlarda 3,5 illik müqavilə imzalayacaq futbolçu ildə 4 milyon avro qazanacaq.