Bayram günlərində (31 dekabr-3 yanvar) Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 100-ə qədər xəstə müraciət edib.

Unikal.org xəbər verir ki, bunu "Reporta institutun direktoru İlqar Qasımov deyib.

Onun sözlərinə görə, həmin müddətdə müraciət edənlərin sayı adi günlərə nisbətən fərqlənməyib.

İ.Qasımov əlavə edib ki, bayramla əlaqədar bir uşaq partlayıcı oyuncaqdan istifadə edərkən yüngül xəsarət alıb.