Gəncə şəhərində intihara cəhd hadisəsi olub.
Unikal.org report-a istinadən xəbər verir ki, Cavad Xan qəsəbəsi sakini, 1995-ci il təvəllüdlü Jalə Rzayeva dərman içərək intihara cəhd edib. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
J. Rzayevanın vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.