Bu gün səhər saatlarında Bakının Binəqədi rayonu Ziya Bünyadovla Azadlıq prospektinin kəsişməsində , keçmiş Karl Marks dairəsi kimi xatırlanan ərazidə yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org bakipost-a istinadən xəbər verir ki, "Mersedes markalı 99 HG-767 dövlət nömrə nişanlı avtomobil "Karl Marks dairəsi kimi xatırlanan ərazidə körpünün altında səkiyə girib.
Sürücü elə sükan arxasındaca keçinib. Ölən şəxsdə ağır xəsarətin olmaması, onun qəzadan əvvəl keçindiyi qənaətini yaradır.
Hadisə yerinə Təcili tibbi yardım, eləcə də polis əməkdaşları cəlb olunub.