Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, ötən gecə saat 21 radələrində Moskva prospektində (metronun "20 Yanvar" stansiyasının yaxınlığı) "Toyota Land Cruiser" markalı, 10 NZ 300 markalı minik avtomobili yolu küçən 40 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.