Mingəçevirdə ölümlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org lent.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzindəki Heydər Əliyev prospektində "Nissan" markalı, 99 GF 706 dövlət qeydiyyat nişanlı minik avtomobili 2000-ci il təvəllüdlü oğlanı vurub. Ağır xəsarət alan piyada vəfat edib.

Faktla bağlı Mingəçevir şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.