Özünü körpüdən Kür çayına atan gəncin meyiti dalğıclar tərəfindən aşkar edilib.
Unikal.org report-a istinadən xəbər verir ki, Aran dalğıc-axtarış qrupunun Kür çayında batan iki günlük axtarışları nəticə verib. Meyit sahilə çıxarılıb.
Özünü çaya atan şəxsin Göygöl rayon sakini Araz Rafiq oğlu Abbasov olduğu müəyyənləşib. O, Mingəçevir Turizm Kollecinin 2-ci kursunda qiyabi təhsil alırmış.
Hadisənin səbəbləri araşdırılır.