Xəzər dənizində zəlzələ olub. 

Unikal.org-un Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla 18:54-də Nardarandan 24 km şimalda dənizdə qeydə alınıb. 

Zəlzələ dənizkənarı yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.  

Qeyd edək ki, zəlzləni daha çox Sumqayıt sakinləri hiss ediblər.