Cəlilabadda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, qəza hadisəsi Cəlilabad rayonunun Privolnoye kəndində qeydə alınıb.
"Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Qəhrəman Yusif oğlu Qafarov və Rafiq Səxavət oğlu Qurbanovu vurub.
Hər iki yaralı Cəlilabad rayonunun Göytəpə şəhər xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağır olduğundan onlar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.