Bakıda telefon qovşağından oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yanvarın 2-dən 5-dək olan müddətdə Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində rayon telefon qovşağına məxsus 4 dirəkdən 98 metr telefon kabelinin kəsilərək oğurlanması barədə 14-cü Polis Bölməsinə müraciət daxil olub.
Faktla bağlı Sabunçu RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılıb.
Polis əməkdaşlarının "isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırma aparılır.