Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, -‹Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.