Bakıda 175 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunun dərəyə aşması nəticəsində yaralananların adları məlum olub.
Unikal.org "Reporta istinadən xəbər verir ki, Zığ şosesində baş vermiş qəza zamanı xəsarət alan şəxslər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Yaralıların adları aşağıdakı kimidir:
1. Məmmədov Rüstəm Ələsgər oğlu, 1964-cü il təvəllüdlü
2. Teymurova Afət Seyfəddin qızı, 1974
3. Cəfərova Sevda Müəllim qızı, 1961
4. Ağayeva Səbirə Xubrəddin qızı, 1975,
5. Qurbanova Mətanət Əzim qızı, 1960
6. Həsənov Taleh Fuad oğlu, 1998
7. Savgin Vasili Aleksandr oğlu, 1975
8. Hüseynli Müşfiq Hicran oğlu, 1998
9. Babayeva Tahirə İlyas qızı, 1936
10. Nəbiyeva Səliqə Əkbər qızı, 1959
11. Yedyayeva İrina Valeri qızı , 1975
12. Əliisgəndərova Aygün Orucəli qızı, 1981
13. Məhərrəmov Elcan Arzuman oğlu, 2003
14. Məmmədli Aygül Vüqar qızı, 2002
15. Namazov Sədi Qəhrəman oğlu, 1938
19:17
Zığ şosesində avtobusun aşması nəticəsində xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə unikal.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
L. Bayramova bildirib ki, yaralılar 3 saylı şəhər Xəstəxanasına yerləşdirilib və müvafiq tibbi yardım göstərilir.
18:43
Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı açıqlanıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, ilkin məlumatlarda hadisə nəticəsində 14 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisi azyaşlıdır.
Xəsarət alanlar 3 saylı şəhər Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib kİ, hazırda onlara müvafiq tibbi yardım göstərilir.
18:02
Bakıda sərnişin avtobusu aşıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Zığ şosesində baş verib. 175 nömrəli marşrut üzrə hərəkət edən avtobusun dərəyə aşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.