İsmayıllı rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün İsmayıllı şəhərinin Natavan küçəsindəki 36 saylı mənzildə qeydə alınıb. Rayon sakini 1990-cı il təvəllüdlü Əliyeva Könül Həsən qızı yaşadığı evdə dəm qazından zəhərləndiyi üçün təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.