Gəncədə piyada vurulub. 

Unikal.org apa-ya istinadən xəbər verir ki,  şəhər sakini 1936-cı il təvəllüdlü Vəliyev Əjdər yaşadığı evin qarşısında naməlum avtomobil tərəfindən vurulub. Piyada müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. 

Məlumata görə, hadisə şəhərin Gəncəvi küçəsində baş verib.