Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunları keçirəcək.

Unikal.org  AFFA-ya istinadən xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, Albaniya ilə ilk oyun keçən ilin dekabrında U-21 millimizə baş məşqçi təyin edilmiş Rəşad Sadıqovun yığmanın "sükanı arxasında" ilk sınağı olacaq.

Hər üç oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.