Masallı rayonunda intihara cəhd edən şəxsi xilas edən iki polis əməkdaşı yanıq xəsarəti alıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki,  hazırda polis əməkdaşlarının vəziyyəti normaldır.

Qeyd edək ki, hadisə yanvarın 9-da baş verib. Rayon sakini 1995-ci il təvəllüdlü Raqif Zeynalov üzərinə benzin tökərək özünü yandırıb. Bakıdakı Yanıq Mərkəzinə yerləşdirilən yaralının vəziyyəti ağırdır. R.Zeynalovun banka borcu olub. Masallı Rayon Məhkəməsi banka borcun onun maaşından tutulması barədə qərar qəbul edib. R.Zeynalov bu qərara etiraz olaraq özünü yandırıb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.