"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.
Unikal.org-un klubun "facebook" səhifəsində istinadən yaydığı xəbərə görə, hazırlığın dördüncü günündə komandanın ilk məşqi yerli vaxtla saat 10:30-da start götürüb.
Futbolçular yağış yağmasına baxmayaraq, 90 dəqiqə meydanda çalışmalarını davam etdirib. Fiziki hərəkətlərlə start götürən hazırlıq toplu çalışmalarla başa çatıb. Günün ikinci məşqi isə yerli vaxtla saat 17:30-a təyin olunub.