Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib.
Unikal.org xəbər verir ki, Müsavat başqanı Arif Hacılı "Reporta açıqlamasında deyib ki, bu günİ.Qəmbərin ürəyində narahatlıq yaranıb və kardioloqa müraciət edib: "Həkim İsa Qəmbərə ürəyini anju etdirməyi məsləhət görüb. Daha sonra Mərkəzi Klinikada müayinələrdən keçib. Müayinələrdən sonra onun ürəyində problemlərin yarandığı məlum olub. İsa Qəmbər hazırda Mərkəzi Klinikada müalicə olunur vəözünü yaxşı hiss edir.
Onun sözlərinə görə,İ.Qəmbər iki gün xəstəxanada qalmalı olacaq.