Lənkəranda döyülən qadınlardan biri dünyasını dəyişib.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, anası ilə birgə döyülərək xəstəxanaya yerləşdirilən Samirə Miriyeva aldığı xəsarətlərdən xəstəxanada keçinib.

xxx

Lənkəran rayonunda qadın və onun qızı döyülüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində baş verib.

Orada yaşayan 1949-cu il təvəllüdlü Qarayeva Humay müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bir qədər sonra isə xəstəxanaya bədənində müxtəlif xəsarətlər olan 1972-ci il təvəllüdlü Miriyeva Samirə adlı qadın da gətirilib. S.Miriyevanın Humay Qarayevanın qızı olduğu bildirilib.

İlkin məlumata görə, onları naməlum şəxs döyüb. Ana və qızına qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır.