"Qəbələ 2017-2018-ci illər mövsümünün hazırlığını Türkiyədə davam etdirir.
Unikal.org-un klubun saytına istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar Antalyada təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü bir məşqlə başa vurub. Roman Qriqorçukun komandası günün ikinci yarısına təsadüf edən hazırlıq prosesini meydançada gerçəkləşdirib. Futbolçular əsasən toplu çalışmaları yerinə yetirib.
"Qəbələnin hazırlıq planında dəyişiklik edilib. Komanda yanvarın 14-də ikinci yoxlama oyununa çıxmalı olsa da, Qazaxıstanın "Atırau klubu ilə görüş keçirilməyəcək. Buna rəqibin yoxlama görüşündən imtina etməsi səbəb olub. "Qırmızı-qaralar toplanışın 10-cu günündə hazırlıqlarını qrafikə uyğun olaraq məşqlərlə davam etdirəcək.