Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin N.Nərimanov küçəsində baş verib.

Belə ki, piyadalar üçün müəyyən edilməmiş yerdən yolu keçmək istəyən 1993-cü il təvəllüdlü şəhər sakini Şəfiyev Əvəz Aydın oğlunu taksi xidməti göstərən "VAZ markalı avtomobil vuraraq ağır xəsarət yetirib.Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.