Samux rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki, rayonun Qarayeri qəsəbə sakinləri Rəşad Abdullayev və Mircəfər Muradov 1 kiloqram 220 qram marixuananı satarkən saxlanılıblar.

Əməliyyat tədbirlərinin davamı olaraq Mircəfər Muradovun yaşadığı evə də baxış keçirilib. Oradan daha 2 kiloqram 820 qram marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.