Bakı sakini evində baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə şikayət edib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, 1946-cı ildə anadan olmuş Şərifov Möhübbət Nemət oğlu ərizə ilə müraciət edərək bildirib ki, Naximov küçəsi döngə 2, ev 38 ünvanında kirayə verdiyi mənzildən kirayənişinlər oğurluq edib. Belə ki, orada kirayədə yaşayan gənc sevgililər: 1994-cü il təvəllüdlü Tural Həsənovla 1997-ci ildə anadan olmuş Əfsanə Kərimova evdən 2 ədəd perforator, 1 ədəd laqunda, pensiya kartı, ev sahibinə və həyat yoldaşına məxsus geyim əşyalarını götürərək qaçıblar.


Müraciət əsasında araşdırma aparılır.