Bakıda sərnişin avtobusu ahıl qadını vurub.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.
Belə ki, Ağa Nemətulla küçəsində 67 nömrəli avtobus yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Əhmədbəyova Səidə Fuad qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.