2017-ci il ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 mlrd. 608 mln. 779,61 min manat daxil olub.
Unikal.org komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 317 mln. 182,1 min manat və ya 13,84% artıb.
Ötən il ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 706 mln. 874,34 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 773 mln. 189,74 min manat, aksizlər üzrə 93 mln. 293,13 min manat, yol vergisi üzrə isə 34 mln. 792,13 manat təşkil edib.