Lənkəran rayonunda yas yerinə gedən minik avtomobilinin aşması nəticəsində 5 nəfər xəsarət alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Rvo kəndi ərazisində, yolun buz bağlaması səbəbindən baş verib.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların Lerik rayon sakinləri olduqları bildirilir.