"Bələdiyyələrin statusu haqqında qanuna edilmiş dəyişikliklər təsdiq edilib.

Unikal.org xəbər verir ki, qanunun 4-cü maddəsinin ikinci hissəsində aşağıdakı dəyişikliklər edilib:

1. İkinci abzasda "abadlaşdırılması sözü "saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sözləri ilə əvəz edilsin və həmin abzasda "mərasim sözündən sonra "və dəfn sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

"Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir..

Prezidentin digər sərəncamı ilə qanunun 7.2-ci maddəsində "stadionların və idman meydançalarının sözləri "stadionların, idman meydançalarının və qəbiristanlıqların sözləri ilə əvəz edilib.