Bakıda qətl törədilib.
Hadisə Yasamal rayonu ərazisində, Vasif Əliyev küçəsindəki 217 saylı evdə baş verib.
Əvvəllər məhkum olunmuş 41 yaşlı Mirzə Hüseynovun meyiti tək yaşadığı evdə aşkarlanıb. Meyiti qonşular tapıblar və bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər. Mirzə Hüseynovun meyiti üzərində kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb. Meyit müainə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb.
Qeyd edək ki, 41 yaşlı Mirzə Hüseynov Masallı rayon sakinidir. Qohumlarının APA-ya verdikləri məlumata görə, Mirzə Hüseynovun tək yaşadığı evdə kim tərəfindən qətlə yetirildiyi məlum deyil. Onun əvvəldən kimlərləsə ədavətinin olduğu ehtimal edilir.
Yasamal rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.(APA)