Suriyanın Afrin bölgəsindən Kilis şəhərinin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
Unikal.org-un "Milliyetə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 11 nəfər yaralanıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.İnsident yerli vaxtla saat 18:10 radələrində qeydə alınıb. Şəhərə 2 raket raket atılıb, onlardan biri şəhərin mərkəzindəki məscidə düşüb.
Suriyadan Türkiyənin Kilis şəhəri raket atəşinə tutulub.
Unikal.org-un "Milliyetə qəzetinə istinadən verdiyi məlumata görə, mərmi məscidə düşüb.
İlkin məlumata əsasən, hadisə nəticəsində 2-si ağır olmaqla 8 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.