5 nəfərlik qurup bir ailənin yaşadığı evə oğurluq məqsədi ilə girsə də onları girov tutublar. Həmin qurupun 3 üzvünün yaşının 18 yaşdan kiçik olduğu deyilib. Hadisə Brazilyada baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Brazilyada yaşayan 44 yaşlı Kristina Amaral və 57 yaşlı həyat yoldaşı Yuvenalın cəsədləri evlərinin arxasındakı bağda bir məzara basdırılmış şəkildə tapılıb. Cütlüyün "adamyeyən bir qurupun qurbanı olduu da deyilib.

Tibbi ekpertiza zamanı kişinin həyat yoldaşı təcavüzə məruz qalarkən döyüldüyü və bıçaqlandığı açıqlanıb. Bədənlərindən parçalar kəsilən cütlüyün 24 saat ərzində girov saxlanıldığı da öyrənilib.
Dedektiv Mariya Tereza Santos şübhəlilərin "hanibalizm tətbiq etdiyini söyləyib.

Şübhəlilər 29 yaşlı Daniel Santos Neves , 25 yaşlı Karlos Alberto Neres və adları açıqlanmayan 13, 14, 16 yaşlarındakı uşaqlar polisə gələn anonim zənglə həbs olunublar.