Türkiyə Şengen zonası dövlətləri üçün vizaları ləğv edib.
Bu barədə qərar hökumətin rəsmi orqanı olan "Resmi Gazete"də çap olunub.
Qeyd olunub ki, qərar Türkiyə vətəndaşlarının Şengen zonasına vizasız gediş-gəlişi barədə Avropa Komissiyasının qərarından sonra qüvvəyə minəcək. Sabah Avropa İttifaqı Türkiyə üçün vizasız rejimin tətbiqini təsdiq etməlidir.
Sənəd təsdiqləndiyi halda, iyunun 30-da Türkiyə vətəndaşları üçün Şengen vizasının ləğv ediləcəyi ilə nəticələnəcək.
Türkiyənin qərarını alqışlayan Avropa Komissiyasının nümayəndəsi Marqaritis Sxinas deyib ki, bu günə kimi Türkiyə 11 Aİ ölkəsinə viza rejimi tətbiq edirdi.(AzVision.az)