Dortmund "Borussiyasının hücumçusu Pyer-Emerik Obameyanq "Arsenala keçməyə çox yaxındır.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Obameyanq artıq Londondadı. Qabonlu futbolçu İngiltərənin paytaxtına xüsusi təyyarə reysi ilə gəlib.

"Arsenalın azarkeşləri Obameyanqın keçidinə böyük maraq göstərirlər. "FlightTracker servisinin məlumatına görə, onu gətirən təyyarənin uçuşunu 32 min "Arsenal fanatı izləyib.

Obameyanqın transferinin 62 milyona başa gələcəyi bildirilir. Belə olacağı təqdirdə, qabonlu hücumçu "topçuların ən bahalı transferi olacaq.