"İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın özünün və həyat yoldaşının mənə müraciətləri olmuşdu. Mən Baş prokurorluğa müraciət etdim. Mənə yazılan rəsmi cavab görə bu iş ciddi şəkildə nəzarətdədir". 
 
 
 
Bu fikirləri Unikal.org-a deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib. Onun sözlərinə görə, bu işdə qaldırılaan hər bir detal aydınlaşdırılır və araşdırılır: "Bilirsiniz ki, bu müraciətdən sonra İlhamə Quliyevanın oğlu deyilən şəxsin dostu  dələduzluqla tutulub. Onun adı bir neçə işdə hallandırılır. Mən inanıram ki, istintaq obyektiv araşdırılıcaq"
Ç.Qənizdə bilirib ki, hətta günahı olsa da şəhid bacısının belə bir maddələrlə həbs olunmasını məqsədəuyğun hesab etmir: "Mən də istintaqın obyektiv aparılmasını və sonda obyektiv qərar qəbul olunasını xahiş etmişəm. Ümid edirəm ki, müsbət nəticə olacaq".