Bu dəqiqələrdə Bakının Nərimanov rayonunda güclü yanğın başlayıb.

Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, Keşlə qəsəbəsində yerləşən Təkrar Qara Metal Zavodunda yanğın davam edir.

Yanğını söndürməyə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

****

Zavodun səlahiyyətli şəxsləri bildiriblər ki, yanğın zavod binasından kənarda, tullantılar olan ərazidədir. Artıq yanğın söndürülüb.