Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilir. 

Unikal.org nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 6-da keçirilən reyd zamanı Biləsuvar rayonunun Ovçubərə kəndində Bakı şəhər sakinləri Oqtay İsmayılzadədən "Ata-arms, Emil Mirzəyevdən "MR-27, Orxan Əliyevdən "Ata-arms və Vasif Bağırovdan "Zauer-Geco markalı ov tüfəngləri götürülüb.


Qeyd olunan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi (mülki silahın saxlanması, daşınması qaydalarının pozulması) ilə protokollar tərtib olunub.