Bakının Qaradağ rayonunda intihara cəhd hadisəsi baş verib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Qızıldaş qəsəbəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Baloğlanov Elçin Tofiq oğlu bıçaq xəsarətləri alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, hüquq-mühafizə orqanının əməkdaşlarına özü özünü bıçaqladığını bildirib.
Buna baxmayaraq, polis hadisənin təfərüatlarını araşdırır.