Uzun müddətdi zədədən əziyyət çəkən Almaniya millisinin və Dortmund "Borussiyasının yarımmüdafiəçisi Marko Roys tam sağalıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb. Xəbərdə futbolçunun 8 aylıq zədənin ardından 2 həftədi məşqlərə başladığı qeyd edilib. Artıq tam hazır olan hücumameyilli futbolçunun Bundesliqanın 22-ci turu çərçivəsində keçiriləcək "Hamburqla görüşdə meydana çıxa biləcəyi vurğulanıb.

Xatırladaq ki, 28 yaşlı futbolçu cari mövsümdə heç bir oyunda şans qazanmayıb.