İOS yükləmələri üçün cavabdeh olan "iBootun mənbə kodları "Githubda yerləşdirilib.Mənbə kodunun kim tərəfindən sızdırıldığı bilinmir.

Unikal.org bu barədə dünya mətbuatına istinadən xəbər verir.

"Githuba sızdırılan kodun İOS 9-a aid olduğu məlum olub. Bildirək ki, "iBootun mənbə kodları gizli məlumatlardır, "Apple bu faylları yayımlamır.

"Apple Mac OSX" və İOS əməliyyat sistemləri haqqında kitab müəllifi Conatan Levin bu hadisəni şirkət tarixində ən böyük sızıntı adlandırıb.

"Apple bu sızıntı ilə bağlı hələlik açıqlama verməyib.