Gədəbəydə döyülmə faktı qeydə alınıb.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb. Avtovağzal yaxınlığında dönərxanada işləyən 1989-cu il təvəllüdlü Abdullayev İbrahim iki nəfər dalaşarkən onları ayırmaq istəyən zaman onun başına şüşə butulka ilə zərbələr vurulub.
İ. İbrahimov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.