Masallıda və Qəbələdə intihar olub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Etibar Fərrux oğlu Nemətov yaşadığı evin damında, Qəbələ rayonu Seyidqışlaq kənd sakini, 1968-ci il təvəllüdlü Elman İlyas oğlu Qədirov isə meşədə özünü asaraq intihar ediblər.
Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.