Ukraynada Çernobıl atom elektrik stansiyasının ərazisinə daxil olmağa cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin saytında dərc edilən məlumatda bildirilir.
"Jitomir Sərhəd Dəstəsinin hərbçiləri polis əməkdaşları ilə birgə Azərbaycandan gəlmiş ekstremal turisti saxlayıblar. 39 yaşlı Bakı sakini Çernobıl AES-in ərazisinə qanunsuz daxil olmağa cəhd edib, - deyə məlumatda bildirilir.
İnsidentin təfərrüatları açıqlanmır.