Göygöldə intihar hadisəsi baş verib. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Fadilli kəndində baş verib. Kənd sakini 1944-cü il təvəllüdlü Məsimova Salatın Əşrəf qızı yaşadığı evdə özünü asaraq intihar edib. Onun xeyli vaxtdır ki xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.