Çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsində dəyişiklik baş verib.

Unikal.org AFFA-ya istinadən xəbər verir ki, baş məşqçi İlham Əzizzadənin müqavilə müddəti başa çatıb. Komandanın baş məşqçisi vəzifəsi Zeynal Zeynalova həvalə olunub.