Cəlilabadda döyülmə faktı qeydə alınıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Belə ki, Məmmədrzalı kənd sakini, 1974-cü il təvəllüdlü Rahil Balabəy oğlu Məmmədov tanışları tərəfindən döyülüb. O, müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib.

Məlumata görə, vəziyyəti ağır olan R. Məmmədov borcunu istədiyi şəxslər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.