Bakının Nəsimi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Nəsirov Nurlan Mikayıl oğlu Həsən Əliyev küçəsində yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən, onu minik avtomobili vurub.

Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları faktla əlaqədar olaraq hadisəni törədən sürücünü saxlayıb.
Bu gecə Bakının Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 1978-ci il təvəllüdlü Kərimova Mətanət Vaqif qızı Babək prospektində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Yaralı "təcili yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.