İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada saxlanılıb.

Unikal.org-un məumatına görə, Azərbaycan Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə "İnterpol xətti ilə axtarışda olan 1977-ci il təvəllüdlü Elçin Heydərov Ukraynada tutulub.

Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

Qeyd edək ki, Heydərov Elçin Asif oğlu 15.02.1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2017-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib və "İnterpol xətti ilə axtarışa verilib.